BölmələrRU
Xidmətlər
 

Şahin Qəhrəman əməliyyat olundu – Cərrahdan açıqlama / FOTOLAR

Xəbər verdiyimiz kimi, tanınmış rejissor Şahin Qəhrəman sidik kisəsinin xərçəng xəstəliyinə şübhə olması səbəbindən bu gün əməliyyata alınıb.
 
Medicina.az BakuPost.az- istinadən xəbər verir ki, özəl klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib. Şahin Qəhrəman vəziyyətinin yaxşı olduğunu bildirib.
 
Əməliyyatı icra edən uroloq cərrah, Avropa və Fransa Uroloqlar Cəmiyyətinin üzvü Araz Bayramov Medicina.az-ın əməkdaşına əməliyyatın gedişi və nəticəsi barədə açıqlamasında bunları deyib: "Əməliyyatımız çox yaxşı, uğurlu keçdi. Xəstəyə spinal anesteziya olundu. Sidik kisəsinə endoskopik yolla daxil olaraq, orda ödemli sahələr aşkar etdim. Elə də ciddi patologiya görmədim. Bəzi toxumalardan 8-ə yaxın biopsiya materialı götürdük. Biopsiya materialı analiz üçün Onkologiya Mərkəzinə və Türkiyəyə göndəriləcək.
 
Düşünürəm ki, bədxassəli şiş çıxmaz. Sadəcə, sidikdə qan göründüyündən və ödemli toxuma çox olduğundan sistoskopiyaya mütləq göstəriş var idi. Histoloji analizin cavabından asılı olaraq gələcək müalicə taktikası seçiləcək. Onkoloji problem çıxmasa, xəstə sadəcə 3-6 aydan bir müayinədən keçərək izlənəcək”. 

Həkim hətta karsenoma çıxsa belə, həyati təhlükə olmadığını və belə olan halda sidik kisəsinə BSJ vurulması ilə müalicə aparılacağını bildirib.